Bestcomp Group

Biznes təhlilçi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
23.05.23 - 22.06.23

İş haqqında məlumat

  • Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı;
  • Biznes ehtiyaclarının, tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirmək, formalaşdırmaq;
  • Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS, FRS, istifadə nümunəsi, istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması;
  • Maliyyə hesabatlarını təhlil-tərtib etməklə müştərinin biznes tələblərinin funksional olaraq qarşılanmasını təmin etmək;
  • Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək;
  • Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək;
  • Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq;
  • Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları;
  • İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək.

Tələblər

  • Təhsil: Ali (informasiya texnologiyaları, iqtisadiyyat və ya maliyyə üzrə bakalavr dərəcəsi);
  • Təcrübə: Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri yaxşı (yazı və oxuma);
  • Komüter bacarıqları: MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev, Ops və bənzəri Agile alətləri;
  • Baza SQL bilikləri;
  • ERP bilikləri (Oracle, SAP, Microsoft Dynamics, 1C ERP);
  • Maliyyə yönümlü layihələrdə təcrübə (dövlət və özəl sektor);
  • Mühasibat və Vergi uçotu bilikləri;
  • Maliyyə hesabatlarının təhlil etmə bacarıqları;
  • Hesabatları tərtib etmə bacarığı;
  • Balsamiq və ya hər hansı bir ilkin dizayn, qaralama alətləri.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar