Bakı,
Azərbaycan
27.02.23
-
29.03.23
İş haqqında məlumat
- Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı;
- Biznes ehtiyacların və ya tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün spesifikasiyaları nəzərdən keçirimək və formalaşdırmaq;
- Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS və FRS, istifadə nümunəsi və istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması;
- Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək;
- Spesifikasiyaları düzgün başa düşmələrini təmin etmək üçün məhsulun inkişafı komandası ilə işləmək;
- Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması;
- Həllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək;
- Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq;
- Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları;
- İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək;
- Dəyişikliklərin idarə edilməsi və təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.
Tələblər
- Təhsil: İnformasiya texnologiyaları, iqtisadiyyat və ya marketinq üzrə bakalavr dərəcəsi;
- Təcrübə: Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi minimum 3 illik təcrübə;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis yaxşı;
- Kompüter bacarıqları: MS Office, Visio, Jira, Microsoft Azure Dev və Ops;
- Biznes təhlili;
- İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi;
- Balsamiq və ya hər hansı ilkin dizayn və qaralama alətləri.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
İnzibati, Biznes, İdarəetmə