Kontinent İnşaat

Biznes proseslərinin idarəedilməsi üzrə menecer

Ə/h razılaşma ilə 97
Tam iş günü
Bakı, Azərbaycan
24.01.24 - 23.02.24

İş haqqında məlumat

  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin, əsnamələrin, prosedurların hazırlanması və yenilənməsi;
  • Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq;
  • Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
  • Proses, prosedur və əsasnamələrin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərinin monitorinqinin keçirilməsi;
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
  • Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, test nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:30 - 18:30;
  • İş yeri: Baş Ofis – Çıraq Plaza (Tbilisi p-ti, 49C).

Tələblər

  • Təhsil: Ali (Biznesin idarəedilməsi – Menecment və ya hüquq);
  • Təcrübə: 3 il uyğun və bənzər sahədə təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili səviyyəsi yaxşı, Rus dili orta;
  • Kompüter bacarıqları: MS Office yaxşı istifadəçi bacarığı (Excel, Word, PowerPoint);
  • Fikrini izah etmək qəbiliyyəti, işə planlı yanaşmaq, detallara diqqət yetirmək, məsuliyyətli və fəal olmaq;
  • İşə planlı yanaşması;
  • Analitik düşünmə və təhlil etmə bacarığı;
  • Strateji planlama;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Yüksək səviyyədə kommunikasiya bacarıqlarına və konfliktləri idarə edə bilmə qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar