Abşeron Logistika Mərkəzi

Biznes proseslərin təhlili üzrə menecer

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
27.05.24 - 26.06.24

İş haqqında məlumat

  • Fəaliyyət sahələri üzrə məqsəd və tətbiq sahələrinin müəyyən edilməsi;
  • İş axışlarının və icra mexanizmlərinin müəyyən edilməsi;
  • Proseslərin giriş və çıxış meyarlarının qiymətləndirilməsi;
  • Fəaliyyət sahələri üzrə biznes proseslərin effektiv idarə edilməsi üçün tələb edilən resurslar və onların təmin edilməsi mənbələrinin müəyyən edilməsi;
  • Proseslərin effektivliyinin qiymətləndirilmə metodlarının müəyyən edilməsi;
  • Proseslərin tətbiqi üzrə icraçıları məlumatlandırmaq və icra effektivliyini qiymətləndirmək;
  • Proseslər arasında olan əlaqələrin müəyyən edilməsi və idarəetmədə sistemli yanaşmanı formalaşdırmaq;
  • Müəssisənin startegiyasına, fəaliyyətinə əsaslanan biznes axışlarının təhlili və hazırlanması;
  • Proseslərin hesabatlılıq mexanizmini müəyyən etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Biznes proseslər və Layihələrin idarə olunması sahəsində minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərinin əla səviyyədə bilməli;
  • Kompüter bacarıqları: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikat üstünlükdür (İPMA, PMP, ACP və s.);
  • Proses idarəçiliyi bacarığı;
  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Biznes proseslərin təsviri bacarığı;
  • Layihəyönümlü düşünmə tərzi;
  • Layihə istiqamətində bazanın təhlilini bilmək;
  • Təqdimat bacarığı;
  • Problem həll etmək qabiliyyətli;
  • Liderlik qabiliyyəti və emosional intellekt;
  • İdarə etmə bacarıqları;
  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar