Ultra Technologies

Biznes analitik

1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
26.05.23 - 25.06.23

İş haqqında məlumat

  • Analitik düşünmə bacarığı, böyük ölçüdə məlumatların emal edilməsi və ehtiyac duyulan məlumatları əldə edilməsi;
  • Layihəyə dair müştəri ilə görüşlərin keçirilməsi və tələblərin müəyyən edilməsi;
  • Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri və layihə iştrakçıları ilə razılaşdırılması;
  • Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin biznes proseslərin analiz edilməsi;
  • Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;
  • Funksional və qeyri-funksional tələblərin analiz edilməsi, formalaşdırılması;
  • Layihənin ilkin və sonrakı mərhələlərdə səhifələrinin eskizlərinin hazırlanması, dizayner və müştəri arasında əlaqənin təmin edilməsi və dəstəyi;
  • Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
  • Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
  • Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
  • Hazırlanan səhifə və funksionallıqların ilkin testing-in aparılması, problemlərin, natamam funksionallıqların müəyyən edilib ətraflı izah edilərək qeydlərin aparılması;
  • Təlimlərin verilməsi;
  • Təqdimatların hazırlanması;
  • İstifadəçi təlimatlarının hazırlanması.

Tələblər

  • Təhsil: Ali (biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);
  • Təcrübə: Proqram təminatı layihələrində minimum 2 il biznes analitik və yaxud məhsul sahibi kimi;
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili texniki, rus dili arzuolunandır;
  • Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
  • BPMN və UML diaqramları ilə iş təcrübəsi;
  • Task management alətləri ilə iş təcrübəsi;
  • Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar