Bakı,
Azərbaycan
25.10.24
-
25.11.24
İş haqqında məlumat
- Biznes tələblərini başa düşmək, təhlil etmək və onları prioritetləşdirmək, uyğun həll yolları təklif etmək;
- Məlumatları qabaqcıl analitik vasitələrlə toplamaq, təmizləmək, təhlil etmək və vizuallaşdırmaq;
- Xidmət və məhsul portfelini təkmilləşdirmək üçün analitik təhlillər aparmaq və biznes üçün strateji təkliflər hazırlamaq;
- Kampaniya nəticələrinin izlənilməsi və qiymətləndirilməsi üzrə təhlillər aparmaq, müvafiq hesabatlar hazırlamaq və optimallaşdırma üzrə təkliflər vermək;
- Statistik analiz əsasında proqnozlar və biznes həlləri təklif etmək;
- Analitik nəticələri qeyri texniki auditoriya üçün aydın və anlaşılan formada təqdim etmək;
- Hesabatların optimallaşdırılması və avtomatlaşdırılması üçün davamlı proses təkmilləşdirmələri həyata keçirmək;
- İş qrafiki – 5 gün Əlavə güzəştlər – yemək xərci, GSM nömrə.
Tələblər
- Biznesin idarə edilməsi, statistika, iqtisadiyyat, riyaziyyat, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
- Biznes və data analitiki, məlumat təhlili və ya əlaqəli sahələrdə minimum 1 il iş təcrübəsi;
- Excel, Python, R kimi məlumat təhlili və modelləşdirmə alətlərində dərin bilik və təcrübə;
- Qabaqcıl statistik metodlar, verilənlərin modelləşdirilməsi, A/B testləri, zaman seriyaları analizi və proqnozlaşdırma modellərində təcrübə;
- Power BI vizuallaşdırılması alətlərində yüksək səviyyəli bilik;
- Məlumatların təhlili əsasında biznes qərarları qəbul etmək bacarığı və biznes proseslərini dərindən anlama;
- Mürəkkəb məlumatları sadə və aydın şəkildə təqdim etmək bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Rabitə xidmətləri