Bakı,
Azərbaycan
19.07.24
-
18.08.24
İş haqqında məlumat
- Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı;
- Biznes ehtiyaclarının/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirmək/formalaşdırmaq;
- Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması;
- Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək;
- Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək;
- Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması;
- Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək;
- Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq;
- Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları;
- İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək;
- Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.
Tələblər
- Təhsil: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Maliyyə üzrə bakalavr dərəcəsi;
- Təcrübə: Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə;
- Kompüter bacarıqları: MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
- Dil bilikləri: Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma);
- Baza SQL bilikləri;
- Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri;
- Maraqlı tərəflərin səmərəli cəlb edilməsi;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri;
- Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı;
- Əməkdaşlıq və komanda işi;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
- Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti;
- Müsbət münasibət;
- Güclü iş etikası;
- Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək;
- Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.
İnformasiya texnologiyaları
İKT
Elanın müddəti bitmişdir