Bakı,
Azərbaycan
16.11.23
-
16.12.23
İş haqqında məlumat
- Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;
- İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;
- Ət məhsullarında olan bakteriaların müəyyən olunması və satışa yararlılığının təyin edilməsi;
- İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;
- Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq;
- Qaraciyərdən parazitlər üçün nümunələri analiz etmək;
- AQTA-nın tələb etdiyi rəsmi sənədləri mütəmadi olaraq qeyd edib müvafiq idarələrə yönləndirmək;
- AQTA və kəsimxana sənədlərini izləmək və Forma-2 sənədlərini hazırlamaq;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali (Biologiya, mikrobiologiya, biokimya, baytarlıq və ya tibb sahəsində);
- Təcrübə: Müvafiq sahə üzrə 1-3 il;
- Kompüter bacarıqları: MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
- İSO 22000, HACCP, Gigiyena və s. kimi məsələlərdə məlumatlı olmalı;
- Mikroskopdan istifadə qaydalarını bilməli;
- Diqqətli və məsuliyyətli olmalı.
Digər
Peşəkar xidmətlər