Aztelekom

BI mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.02.23 - 09.03.23

İş haqqında məlumat

  • Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis fəaliyyətini Marketinqin idarəedilməsi prosesi eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
  • Məlumatların təhlil edilməsi və müxtəlif hesabatların hazırlanmasında iştirak edilməsi;
  • Rəhbərliklə birgə satış planının hazırlanmasında iştirak etmək və məlumatların satış komandalarına ötürülməsi;
  • Strateji və kommersiya planlaşdırmalarında iştirak edilməsi;
  • Kommersiya planı üzrə reportun hazırlanması və analitikasının aparılması;
  • Dövri hesabat infrastrukturunun yaradılması, icrası, saxlanılması və təkmilləşdirilməsi;
  • Abunəçidən əldə olunan gəlir, istifadə və ARPU (İstifadəçi başına orta gəlir) baxımından hər bir kompaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi;
  • Hesabatların keyfiyyətinin yüksəldilməsi, yeni təqdimat formatlarının və ümumi hesabatların avtomatlaşdırılması üçün həllərin hazırlanması;
  • Şirkətin ümumi nailiyyətləri haqqında həftəlik/aylıq yeniliklərin təmin edilməsi;
  • Departamentin digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərilməsi;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.
  • İş qrafiki: 5 günlük;
  • iş saatı: 09:00 - 18:00;
  • İş yeri: Baş ofis, Bakı şəhəri.

Tələblər

  • Təhsil: İqtisadiyyat, informatika, maliyyə, statistika, menecment, tətbiqi riyaziyyat sahəsində ali təhsil;
  • Təcrübə: Telekommunikasiya, FMCG və maliyyə sektorlarında hesabatların təhlili və proqnozlaşdırılması üzrə 1 illik təcrübə;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini bilməlidir, rus dili arzuolunandı;
  • Real iş mühitində tətbiq edilmiş analitik düşüncə bacarığı;
  • SQL və R üzrə peşəkar işləmə bacarığı, Python üzrə biliklər arzuolunandır;
  • Verilənlər bazası ilə işləmək bacarığı;
  • Power BI və Excel üzrə peşəkar işləmə bacarığı;
  • Yüksək təqdimat və prezentasiya hazırlama bacarığı (Power Point üzrə);
  • İşgüzar yazışma əsaslarını bilməlidir;
  • Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir;
  • Müasir telekommunikasiya trendlərini bilməlidir;
  • Nəticə yönümlü olmalıdır;
  • Stress və gərgin iş şəraitinda çalışma bacarıqlarına malik olmalıdır;
  • Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.


Elanın müddəti bitmişdir