Veliev MMC

Beton zavodu – Operator

Ə/h razılaşma ilə 140
Tam iş günü
Ağdam, Azərbaycan
11.06.24 - 11.07.24

İş haqqında məlumat

  • Beton zavodda hazır beton istehsalının həyata keçirilməsi, daşınmasının idarə edilməsi və xammal təchizatının təşkil etmək;
  • Beton zavodda təmir işlərində dəstəkçi olmaq;
  • Beton zavodun istehsal güclərinə və səmərəlilik parametrlərinə mütəmadi olaraq nəzarət etmək;
  • Beton zavodun ehtiyaclarına uyğun maşın və avadanlıqların tədarükü və obyektin revizyon ehtiyaclarına uyğun olaraq təsdiq edilmiş fəaliyyətləri həyata keçirmək;
  • Beton zavodda gündəlik, həftəlik və aylıq yoxlama siyahısına uyğun olaraq dövri texniki yoxlama aparmaq;
  • Hər cür nasazlıqlar barədə hesabatları aparmaq və hesabatın nəticəsini rəhbərə bildirmək;
  • Baxım-yoxlama vərəqəsinin nəticələrini rəhbərinə bildirmək;
  • Gündəlik istehsal vəziyyətinə və sifarişlərə uyğun proqramı müəyyən etmək;
  • İşin intensivliyinə görə nəqliyyat vasitələrinin və avadanlıqların sayını müəyyən etmək;
  • Daxil olan xammalları gündəlik olaraq vizual və uyğun labaratoriya avadanlıqları ilə keyfiyyətini yoxlamaq;
  • Çatdırılma qaiməsi üzərində faktura məlumatları, beton sinif və dozası, istinad nömrələri və s yoxlamaq;
  • Lazımi ehtiyat hissələrinin texniki xidmət qeydlərinə uyğun olaraq sifariş edilməsini tələb etmək;
  • Yaşayış yeri Ağdam ərazisində olmayanlar üçün kampda qalmaq və yemək (3 dəfə) şirkət tərəfindən təmin olunacaqdır;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 08:00 - 18:00.

Tələblər

  • Təhsil: İnşaat üzrə ali və ya peşə təhsilli olmalı;
  • Kompüter bacarıqları: MS Office əlaqədar proqramları bilməli;
  • Təcrübə: Analoji sahədə ən azı 3 il iş təcrübəsi sahib olmalı;
  • Mexanika, elektrik və avtomatika sahəsində bilik və təcrübəyə sahib olmalı;
  • Komanda işinə meylli, nəticəyönümlü və analitik düşünən olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar