Azərşəkər LLC

Baş/aparıcı Aqronom

Ə/h razılaşma ilə 43
Tam iş günü
Bölgələr, Azərbaycan
09.10.24 - 09.11.24

İş haqqında məlumat

  • Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
  •  Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
  • Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
  •  Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
  • Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
  • Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
  • Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
  • Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
  • Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
  • Struktur: Əməliyyatlar Departamenti;
  • Bilavasitə tabe olduğu şəxs: Departament Rəhbəri;
  • İş yeri: Füzuli, Ağcabədi və İmişli təsərrüfatları;
  • İş qrafiki: 6 günlük iş həftəsi ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00). 

Tələblər

  • Ali təhsil (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bitkiçilik istiqaməti üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları və yerli qanunvericiliyi bilməli;
  • Azərbaycan və İngilis dili bilikləri (Rus dili – arzuolunandır);
  • Ezamiyyətlərə getmək imkanın olması.