Seaport Catering

Baş texnoloq

Ə/h razılaşma ilə
2292
Tam iş günü
Bakı, Azərbaycan
28.02.25 - 28.03.25

İş haqqında məlumat

  • Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;
  • Yeni növ məhsulların – yeni dad, reseplərin araşdırması və hazırlanmasını təmin edir;
  • Bütün emal fəaliyyətlərinin qida təhlükəsizliyi və gigiyena ilə bağlı sənaye standartlarına və dövlət qaydalarına uyğun olmasını təmin edir;
  • Şirkət üzrə normativ sənədlərin tələblərinin qorunub saxlanmasını təmin edir;
  • Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir, zərurət yaranarsa, düzəliş məqsədli müdaxilə edir;
  • Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır;
  • İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında  olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;
  • Emal avadanlığının təmiz, funksional və verilən tapşırıq üçün düzgün istifadə olunmasını təmin edir;
  • Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;
  • Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır;
  • Emal texnikasını və məhsul keyfiyyətini yaxşılaşdırmaq üçün tədqiqat və sınaqları aparır;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini;
  • Rəhbər tərəfindən işə aid tapşırılan digər işləri yerinə yetirir;
  • İşçi korporativ nömrə,nahar,transport və danışıq balansı ilə təmin olunur;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • İş vaxtı: I-V günlər 09:00 - 18:00;
  • İş yeri Bakı şəhəri.

Tələblər

  • Ali təhsil – Qida mühəndisliyi sahəsi üzrə;
  • Sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Sənədləşmə ilə bağlı iş təcrübəsi;
  • Kompyuter biliklərin orta və ya daha yuxarı səviyyədə (Excel, Word);
  • HACCP, BRC qıda təhlükəsizliyi ilə bağlı sistemlərindən anlayış.