Bakı,
Azərbaycan
22.05.23
-
21.06.23
İş haqqında məlumat
- Torpaq işləri və yerin təkindən istifadə sektoru;
- Sektor müdirinin müəyyən etdiyi iş bölgüsünə uyğun fəaliyyət göstərmək;
- Sektorda iş bölgüsü üzrə həvalə edilmiş vəzifələri icra etmək, eləcə də bu məqsədlə fəaliyyət planı, tədbirlər planı, iş planı və sair üzrə nəzərdə tutulmuş tədbirlərin aidiyyəti hissədə icrasını təmin etmək;
- Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
- Torpaqların alqı-satqısı, icarəyə və ya istifadə verilməsi, həmçinin torpaq sahəsi üzərində bu hüquqların dövlət qeydiyyatına alınması üzrə işlərin görülməsini təşkil etmək;
- Sektorun fəaliyyəti ilə əlaqədar zəruri hallarda ezamiyyətə getmək;
- Sektorun səlahiyyətləri çərçivəsində çöl-tədqiqat və kameral işlərinin aparılmasını, yerquruluşu planlarının və sxemlərin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmasını təşkil etmək;
- Sənədləşmələrdə sektorun səlahiyyətləri üzrə prosesin düzgün təşkil olunmasını təmin etmək;
- Torpaq və yerin təki üzrə məlumatların mərkəzləşdirilmiş elektron bazanın yaradılması və mütəmadi olaraq yenilənməsinin təmin olunmasında iştirak etmək;
- Sektorun səlahiyyətləri çərçivəsində dövlət orqanları, qurumları, həmçinin digər idarə, müəssisə, təşkilat və təsisatlarla qarşılıqlı əməkdaşlıqda iştirak etmək;
- Digər şöbələrlə əlaqəli fəaliyyətin təşkili və sorğular əsasında mütəmadi olaraq, sektorun fəaliyyət istiqaməti üzrə görülməli işlərin əhatə dairəsinin müəyyən edilməsi və icrasının təmin edilməsi;
- Torpaq və yerin təki üzrə qanunvericilik üzrə nəzərdə tutulmuş və ya rəhbərlik tərəfindən tapşırılmış digər işlərin icrasını səlahiyyətləri çərçivəsində təmin olunmasında iştirak etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali (yerquruluşu və torpaq müfəttişliyi, torpaq kadastrı, daşınmaz əmlakın kadastrı, geodeziya mühəndisliyi və s. ixtisaslar üzrə);
- Təcrübə: Müvafiq sahədə 3 il;
- Dil bilikləri: Azərbaycan dili səlis;
- Kompüter bacarıqları: MS Office proqramları və AutoCad, ArcGis proqramlarında işləmək bacarığı olmalıdır;
- Çöl-tədqiqat işlərində GPS ilə işləmək bacarığı olmalıdır;
- Təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı olmalıdır;
- Azərbaycan Respublikasının torpaq qanunvericiliyini bilməlidir;
- Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını bilməlidir.
İnzibati, Biznes, İdarəetmə
Mühəndislik