Başak Group

Baş mühəndis

2000 - 2500 ₼
Tam iş günü
Bakı, Azərbaycan
15.09.23 - 15.10.23

İş haqqında məlumat

  • Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Material sərfini hesablamağı bacarmaq;
  • Müvafiq hesabatlarla (Texniki, material və aktlar) işləməyi bacarmaq;
  • İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə (korporativ paket);
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00 (şənbə yarı iş günü).

Tələblər

  • Təhsil: Ali (İnşaat mühəndisi ixtisası üzrə);
  • Təcrübə: Müvafiq sahədə 5 ildən az olmayaraq;
  • Kompüter bacarıqları: MS Office proqramları, AutoCad;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.


Oxşar vakansiyalar