Bakı,
Azərbaycan
13.10.23
-
12.11.23
İş haqqında məlumat
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Şəxsi hesab vərəqənin yoxlanılması;
- 1C və ERP proqramları üzrə mühasibat balansının yığılması;
- Əmək, məzuniyyət, ezamiyyət haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- İdxal olunacaq mallara görə müqavilələr üçün gömrük kodlarının alınması;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
- Vergi hesab fakturaların yazılması;
- Bank və kassa əməliyyatları;
- Daxili mühasibatlıq işlərinin görülməsi (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və s.);
- İş qrafiki: 5 günlük;
- İş yeri: Xətai rayonu.
Tələblər
- Təhsil: Ali (Maliyyə iqtisadiyyat sahəsi);
- Təcrübə: Müvafiq sahədə minimum 5 il;
- Kompüter bacarıqları: 1C 8.3 versiyasını səlist bilməli, Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək;
- Komandada işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti.
Mühasib
Mühəndislik