Sumgait Technologies Park
Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
18.09.23 - 18.10.23

İş haqqında məlumat

  • Şöbə işçilərinin fəaliyyətinə rəhbərlik və nəzarət, onlar arasında iş bölgüsünün aparılması;
  • Mövcud vəziyyətin analizi və optimizasiya ilə bağlı təkliflərin hazırlanması və tətbiqinin təşkili;
  • Yeni proqram təminatlarının implementasiyası və ya mövcud proqramın işlək olmasının təmini;
  • Şirkətin illik büdcəsinin hazırlanması prosesində iştirak etmək və büdcənin icrasına nəzarət;
  • Xərclərin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına nəzarəti icra etmək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Rəhbərlik üçün hazırlanmış hesabatların nəzərdən keçirilmək və təqdim etmək.

Tələblər

  • Təcrübə: İstehsalat sahəsində baş mühasib olaraq ən azı 3 il;
  • Operativlilik və qərar qəbul etmək bacarıqlarına malik olmalı;
  • Böyük həcimli məlumatlarla işləmək bacarıqlarına malik olmalı;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • Güclü təşkilati bacarıqlara malik olmalı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.
  • Vakansiya ilə maraqlanan şəxslər https://stpcareer.com/vakansiya-haqqinda/82 linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar