Aqualink MMC

Baş mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
11.09.23 - 11.10.23

İş haqqında məlumat

  • Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi, aidiyyəti dövlət strukturlarına və müəssisə rəhbərliyinə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən bütün məlumatların vaxtında təqdim edilməsinin təşkil edilməsi;
  • Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV, əmlak, DSMF və s.) təqdim edilməsi;
  • Müəssisə üzrə aylıq, rüblük və illik hesabatların vergi, statistika və DSMF-na göndərilməsi;
  • ƏDV depozit hesabı və şəxsi hesab vərəqəsinə nəzarət etmək, lazım olduqda proqnozlar hazırlayaraq, ödənişləri təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması;
  • Debitor və kreditor borclara nəzarət etmək;
  • Balansın və onun əlavələrinin tərtib edilməsinə və aidiyatı üzrə (o cümlədən də rəhbərliyə) təqdim edilməsi;
  • İqtisadi göstəricilər üzrə proqnozların hazırlanması;
  • Müəsisənin aktiv və öhdəliklərinin mütəmadi inventarizasiyasının aparılması;
  • Xərclərə nəzarət və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • Müəssisə rəhbərliyi tərəfindən verilən əmrlərin, sərəncamların və digər yazılı göstərişlərin icrasının təşkili;
  • Maliyyə iqtisad fəaliyyəti ilə əlaqəsi olan bütün iş proseslərinin qurulması üçün təkliflər vermək və uçotunun təşkil edilməsi;
  • İş yerlərinin attestasiyasında iştirak etmək;
  • Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etmək.

Tələblər

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
  •  Baş mühasib kimi ən azı 7-10 il iş təcrübəsi
  •  Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi
  •  Mühasibatlıqla bağlı AR qanunvericiliyi, Vergi məcəlləsini bilməli
  •  Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli
  •  Peşəkar mühasib sertrifikatının olması arzuolunandır
  •  MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli
  •  İnternet bankinq ilə işləyə bilməli
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
  •  Dil bilikləri : azərbaycan, (rus dili və ingilis dili arzu olunandır)


Oxşar vakansiyalar