VIP Aviation Services Company
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
04.09.23 - 04.10.23

İş haqqında məlumat

  • Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi, aidiyyatı Dövlət strukturlarına və müəssisə rəhbərliyinə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən bütün məlumatların vaxtında təqdim edilməsinin təşkil edilməsi;
  • Vergi hesabatlarının (mənfəət, ÖMV, ƏDV, əmlak, DSMF və s.) təqdim edilməsi;
  • Müəssisə üzrə aylıq, rüblük və illik hesabatların vergi, statistika və DSMF-na göndərilməsi;
  • ƏDV depozit hesabı və şəxsi hesab vərəqəsinə nəzarət etmək, lazım olduqda proqnozlar hazırlayaraq, ödənişləri təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması;
  • Debitor və kreditor borclara nəzarət etmək;
  • Balansın və onun əlavələrinin tərtib edilməsinə və aidiyatı üzrə (o cümlədən də rəhbərliyə) təqdim edilməsi;
  • İqtisadi göstəricilər üzrə proqnozların hazırlanması;
  • Müəsisənin aktiv və öhdəliklərinin mütəmadi inventarizasiyasının aparılması;
  • Xərclərə nəzarət və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • Müəssisə rəhbərliyi tərəfindən verilən əmrlərin, sərəncamların və digər yazılı göstərişlərin icrasının təşkili;
  • Maliyyə iqtisad fəaliyyəti ilə əlaqəsi olan bütün iş proseslərinin qurulması üçün təkliflər vermək və uçotunu təşkil edilməsi;
  • İş yerlərinin attestasiyasında iştirak etmək;
  • Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etmək.

Tələblər

  • Təhsil: Ali (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Təcrübə: Baş mühasib kimi ən azı 7-10 il;
  • Kompüter bacarıqları: MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
  • Dil bilikləri: Azərbaycan, rus dili və ingilis dili;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı AR qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun beynəlxalq standartlarını bilməli;
  • Peşəkar mühasib sertrifikatının olması arzuolunandır; 
  • İnternet bankinq ilə işləyə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli


Oxşar vakansiyalar