Başak Group

Baş mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
30.08.23 - 29.09.23

İş haqqında məlumat

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
  • Şirkət tərəfindən həyata keçirilən bütün əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini təmin edəcək;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə (korporativ paket);
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində);
  • Təcrübə: Mühasibatlıq sahəsində ən azı 5 il;
  • Kompüter bacarıqları: MS Office və 1C proqramından əla səviyyədə istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti.


Oxşar vakansiyalar