Amoris

Baş mühasib

2500 - 3000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
15.08.23 - 14.09.23

İş haqqında məlumat

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə  ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir;
  • Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir;
  • Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Həftə sonu şimal regionda yerləşən layihələrə ezamiyyət;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Bakı, Xətai pr. 34.

Tələblər

  • Təhsil: Ali (maliyyə və ya mühasibat ixtisası üzrə);
  • Təcrübə: Baş mühasib kimi 5-8 il (kənd təsərrüfatı və ya istehsal sahəsində);
  • PMS sertifikatı;
  • Komanda ilə işləyə bilmə bacarığı;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını yüksək səviyyədə bilməli.


Oxşar vakansiyalar