Azərbaycan Metrologiya İnstitutu
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
22.07.23 - 21.08.23

İş haqqında məlumat

  • İdarə tərəfindən həyata keçirilən bütün növ təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesablarında düzgün əks etdirmək;
  • Mühasibat hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək, mühasibat uçotu və hesabatı üzrə məlumatları təhlil etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu mühasibat uçotu hesablarında aparmaq, onların hərəkətini, istehsal dövriyyəsini və xərclər smetasını hazırlamaq;
  • Maliyyə hesabatı və kredit əməliyyatlarının, təsərrüfat fəaliyyətinin yekunlarına dair əməliyyatların uçotunu aparmaq;
  • İlkin mühasibat sənədlərini, hesablaşmaları və ödəniş öhdəliklərini, istehlak fondunun sərf olunmasını, pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasını, mühasibat uçotu və hesabatının təşkilini təmin etmək;
  • Aylıq, rüblük və illik statistika, DSMF, ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
  • Dövlət portallardan sərbəst istifadə etmək (e-gov.az, e-taxes.gov.az və s.);
  • Üzləşmə aktlarının tərtibinə nəzarət;
  • Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanmasını təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsinə nəzarət;
  • Maliyyə üzrə rəhbər tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək;
  • Servis müəssisə tərəfindən təmin edilir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı).

Tələblər

  • Yaş: 28-45;
  • Cinsi: Qadın; 
  • Təhsil: Ali (maliyyə, mühasibatlıq, iqtisadiyyat, menecment və oxşar sahələr);
  • Təcrübə: Müvafiq sahədə 5 il, baş mühasib kimi 3 il; 
  • Dil bilikləri: Rus dili və ingilis dili üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli), 1C 8.3 proqramını bilməli;
  • E-gov.az, e-taxes.gov.az portallardan istifadə etmək bacarığı;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • Məntiqi və analitik düşüncə qabiliyyəti;
  • Diqqətlilik, məsuliyyətlilik, dəqiqlik, etibarlılıq;
  • F3, F7 sertifikatının olması üstünlükdür;
  • PMS sertifikatının olması mütləqdir ;
  • Sənədlərin tərtibatında istifadə edilən standartları; texniki şərtləri, əsasnamə və təlimatları, hesabatların aparılması metodlarını bilmək.


Oxşar vakansiyalar