Encom Construction

Baş mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.02.23 - 09.03.23

İş haqqında məlumat

  • Mühasibat, vergi uçotu və DSMF,Statistika ilə bağlı əməliyyatlar;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar–bütün vergi hesabatlarının göndərilməsi;
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • E-portal proqramı ilə işləmək bacarığının olması;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək;
  • Aylıq əmək haqqı cədvəlinin hazırlanması;
  • Məzuniyyət, Ezamiyyət və son haqq hesabın hesablanması;
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək;
  • İş qrafiki: B.e.-Cümə;
  • İş saatı: 09:00-dan 18:00-dək (şənbə günü qısa iş günüdür).

Tələblər

  • Cins: Yalnız xanım namizədlər;
  • Yaş: 22-45;
  • Təhsil: Baş mühasibatlıq sahəsində Ali təhsil,yüksək bilik,fərqlənmə diplomu;
  • Dil bilikləri; Azərbaycan dili (Rus dili və İngilis dili arzu olunandır);
  • Kompüter bacarıqları: Ofis proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, Outlook və s.);
  • Vergi Məcəlləsi və digər lazımi qanunvericiliklər üzrə mükəmməl səviyyədə biliklər;
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
  • Xoş görünüşlü və ünsiyyətcil;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
  • E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.


Elanın müddəti bitmişdir