VMF Company

Baş mühasib

1900 ₼ 1666
Tam iş günü
Bakı, Azərbaycan
19.12.24 - 19.01.25

İş haqqında məlumat

  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
  • Əmək və nizam-intizam qaydalarına riayət etmək;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət etmək;   
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, satış dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
  • Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etmək;
  • Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət ;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi;
  • Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarığı;
  • Maaş: Gross;
  • İş qrafiki: həftədə 6 gün;
  • İş yeri Qobu qəsəbəsi ( İnşaatcilar metro stansiyasından nəqliyyat var).

Tələblər

  • Yaş həddi: 30 və ya üzəri;
  • İş təcrübəsi: 3-5 il;
  • Təhsil: Ali;
  • Baş mühasib vəzifəsi  üzrə nəzəri və praktiki bilgilər;
  • Azərbaycan, rus dillərini mükəmməl (İngilis dili arzuolundır);
  • MS Office proqramlarından istifadə etmək bacarığı ,1C(8.3) proqramı;
  • PMS Sertifikatı mütləqdir;
  • Namizədlər CV-lərini Baş mühasib başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar