Bakı,
Azərbaycan
18.11.24
-
18.12.24
İş haqqında məlumat
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- 1C, proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
- Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
- Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
- Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
- Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək;
- Əmək haqqı: azn manatdan başlayır;
- İş qrafiki : Tam iş günü (6 gün);
- İş yeri: Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov 625.
Tələblər
- Yaş həddi: 50 yaşadək;
- Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə);
- Baş mühasib olaraq minimum 5 il iş təcrübəsi;
- Tikinti və quraşdırma sahəsində təcrübə;
- Vergi və Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
- Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
- Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı;
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
- Uyğun namizədlərdən öz CV-ni mövzu hissəsində “Baş mühasib” yazaraq elektron poçtuna göndərmələri xahiş olunur.
Mühasib
Mühəndislik
Elanın müddəti bitmişdir