Caspident

Baş mühasib

3000 ₼ 0
Tam iş günü
Bakı, Azərbaycan
11.10.24 - 11.11.24

İş haqqında məlumat

  • Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət;
  • Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması;
  • Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu;
  • Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi;
  • Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili;
  • Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası;
  • Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq;
  • Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi;
  • Maliyyə məlumatlarının təhlili və şirkətin maliyyə vəziyyətinin təkmilləşdirilməsi üzrə işləri həyata keçirmək;
  • Mühasibatlıq üzrə işçilərin iş keyfiyyətinə nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi;
  • Ezamiyyət əmrlərin təsdiqlənməsi;
  • Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət;
  • Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması;
  • İş rejimi: həftənin 5 günü; 09:00 – 18:00 6 ci gün 10:00-14:00.

Tələblər

  • Yaş:30-55;
  • Maliyyə üzrə ali təhsil;
  • Peşəkar Mühasib Sertifikatı;
  • Rus dilinin  olması üstünlükdü;
  • Sahə üzrə ən az 10 il iş təcrübəsi;
  • Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında bilik;
  • MS Excel,Word proqramında işləmə bacarığı;
  • Müvafiq mühasibat uçotu proqramlarında, dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi;
  • Əlaqədar qanunvericilik üzrə bilik;
  • Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi;
  • Həm kişi həm də  qadın namizədlər müraciət edə bilər;
  • Analitik düşünmə və detallara diqqət qabiliyyəti;
  • Operativlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar