Cronos Construction

Baş mühasib

Ə/h razılaşma ilə 93
Tam iş günü
Bakı, Azərbaycan
12.08.24 - 11.09.24

İş haqqında məlumat

  • Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
  • Vergidən gələn məktub və sorğuların gündəlik cavablandırılması;
  • Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
  • Elektron Qaimə Fakturaları tərtib edilib göndərilməsinə nəzarət etmək;
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təcrübə: Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
  • Kompüter bacarıqları: MS Office proqramlarında, əsasən Excel və Word proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır, 1C 8.3 mühasibat proqramını mükəmməl bilməli;
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl, Rus və İngilis dilini bilmək əlavə üstünlükdür;
  • Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
  • Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır;
  • İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
  • İdarəetmə bacarığı olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır.


Oxşar vakansiyalar