Almond Cake and Bakery

Baş mühasib

1500 - 2000 ₼ 208
Tam iş günü
Bakı, Azərbaycan
18.07.24 - 17.08.24

İş haqqında məlumat

  • Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması və hərəkəti;
  • 1C 8.3 sistemində operativ uçotun aparılması;
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • İş qrafiki: 6 günlük (şənbə qısa iş günü).

Tələblər

  • Yaş: 30 yaşdan yuxarı;
  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti;
  • Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C 8.3 proqramını yüksək səviyyədə bilməli;
  • ACCA F3, (arzu olunandır)sertifikatına malik olmalı;
  • Dövlət orqanlarının portallarında işləmək bacarığı;
  • Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (Vergi, DSMF, Statistika və s.);
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar