Bakı,
Azərbaycan
12.07.24
-
11.08.24
İş haqqında məlumat
- Müəssisənin fəaliyyətinin strukturuna və xüsusiyyətlərinə əsaslanaraq mühasibat uçotunun formalaşdırılması və aparılmasını həyata keçirmək;
- Müəssisənin uçot siyasətinin formalaşdırılmasını, mühasibat uçotunun hesablar planının, qanunvericiliklə nəzərdə tutulmuş hallarda ilkin mühasibat uçotu sənədlərinin formalarının tərtibini və təsdiqini, maliyyə hesabatlarının formalaşdırılmasını və vaxtında təqdim olunmasını təmin etmək;
- Maliyyə-kassa intizamına ciddi riayət olunmasını, mühasibat sənədlərinin mühafizəsini, onların rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına nəzarəti icra edir;
- ERP proqramında maliyyə hesabatlarının çıxarılmasını təmin edir;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
- Xarici və daxili audit yoxlamalrının həyata keçirilməsi üçün tələb olunan işlərin yerinə yetirilməsi;
- Gənc komanda üzvlərinə nəzarət və onlara mentorluq etmək;
- Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi;
- İş qrafiki: 5 günlük.
Tələblər
- Yaş: 30-45;
- Təhsil: İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr);
- Təcrübə: Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı (Satış sektorunda azı 3 il təcrübə mütləqdir);
- Dil bilikləri: Azərbaycan və Rus dilini səlis bilməli;
- Kompüter bacarıqları: Ofis proqramları və 1C əla səviyyədə;
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli;
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti;
- Vergi Məcəlləsini yüksək səviyyədə bilməlidir;
- Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s.);
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli.
Mühasib
Ticarət
Elanın müddəti bitmişdir