Prime Logistics

Baş mühasib

1300 - 1500 ₼ 149
Tam iş günü
Bakı, Azərbaycan
03.07.24 - 02.08.24

İş haqqında məlumat

  • DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
  • Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
  • Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
  • Maliyyə aktivlərinin idarə olunması;
  • Vergi risklərinin hesablanması;
  • Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi;
  • Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması;
  • Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının və rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
  • Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/32, Turan Biznes Mərkəzi (GPS - 40.4110613,49.8600953).

Tələblər

  • Təhsil: Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Təcrübə: Qeyd edilən sahədə ən az 4 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili - əla, rus və ingilis dili üzrə danışıq səviyyəsində biliklər arzuolunandır;
  • Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Vergi, Əmək və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
  • Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
  • Peşəkar Mühasib Sertifikatının olması vacibdir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar