Euroclima

Baş mühasib

Ə/h razılaşma ilə 94
Tam iş günü
Bakı, Azərbaycan
08.02.24 - 09.03.24

İş haqqında məlumat

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak;
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması;
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti;
  • İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
  • Daxili nəzarət (audit);
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
  • Bütün bank əməliyyatların icra edilməsi;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq;
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K.

Tələblər

  • Təhsil: Ali iqtisadi təhsil (iqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Təcrübə: Mühasib kimi 5 ildən artıq iş təcrübəsi (sahəsində təcrübəli olması üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office, 1C (8.3); 
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri əlavə üstünlük hesab edilir);
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
  • Peşəkar mühasib sertifikatın olması üstünlükdür;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar