Buta Group

Baş mühasib

Ə/h razılaşma ilə 82
Tam iş günü
Bakı, Azərbaycan
01.02.24 - 02.03.24

İş haqqında məlumat

  • Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
  • Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparır;
  • Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə təşkil və nəzarət edir;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
  • Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
  • Ayın bağlanmasını həyata keçirir;
  • Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır;
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir;
  • Anbardarlara dəstək;
  • İstehsala nəzarət;
  • Daxili bazar satışlara nəzarət;
  • İxrac əməliyyatlarının icrasına nəzarət;
  • E-qaimələrin yazılmasına nəzarət;
  • İxrac xərclərinin uçotu;
  • Daxili və xarici daşınmaların uçotu;
  • Müəssisələr arası transferlərə nəzarət;
  • Telefon limiti;
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali (Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil);
  • Təcrübə: Minimum 3 il mühasib vəzifəsi üzrə;
  • Kompüter bacarıqları: Logo tiger üzrə işləmək yüksək səviyyədə, Excel biliyi yüksək səviyyədə;
  • Dil bilikləri: Rus və ingilis dili biliyi üstünlükdür;
  • Nizam-intizamlı;
  • Kommunikasiyalı;
  • Komandada işləmək bacarığı;
  • Mühasibatlıq və uçot;
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar