MKT İstehsalat Kommersiya MMC

Baş hüquqşünas

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
05.05.23 - 04.06.23

İş haqqında məlumat

  • Müqavilələrin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi, o cümlədən cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və proseslərin tərtib edilməsində iştirak etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Müqavilələrin reyestrinin aparılması;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Dövlət orqanlarında cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Cəmiyyətin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi; 
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Nəzarət orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən həvalə edilən digər hüquq xarakterli tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali (hüquq sahəsi üzrə), magistratura pilləsi təqdir olunandır;
  • Təcrübə: Hüquqşünas vəzifəsində minimum 5 il, kommersiya təşkilatlarında təcrübəli olan namizədlərə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan və rus dilləri mükəmməl səviyyədə, ingilis dili yaxşı səviyyədə;
  • Kompüter bacarıqları: Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, digər normativ hüquqi aktlar üzrə bilik;
  • İşgüzar yazışma əsaslarını bilmək, qrammatik yazı qabiliyyəti yüksək olan namizədlər üstünlük verilir;
  • Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığı;
  • Komandada işləmə bacarığı olan;
  • Aktiv, məsuliyyətli, işində dəqiq olan namizədlər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar