Daşkəsən Dəmir Filiz MMC
Ə/h razılaşma ilə
Tam iş günü
Daşkəsən, Azərbaycan
18.01.23 - 17.02.23

İş haqqında məlumat

  • Zavodun enerji paylayıcısını və fasiləsiz elektrik enerjisini təmin etmək;
  • Enerjiyə qənaət edən təmir işlərinin vaxtında aparılması;
  • Yarımstansiyada nasazlıqları aşkar etmək və tez müdaxilə ilə təmir etmək bacarığı;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Elektrik-quraşdırma işlərinin tikintisinin “Tikinti Norma və Qaydaları”na uyğun təşkili və nəzarəti;
  • Zavodda olan elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
  • Avtomatlaşdırma panellərinin layihələndirilməsi, quraşdırılması və saxlanması bacarığı;
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsini təşkil etmək;
  • İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi.

Tələblər

  • Təhsil: Ali (uyğun ixtisas üzrə);
  • Təcrübə: Sahə üzrə minimum 5 il;
  • Dil bilikləri: Əla səviyyədə Azərbaycan dili biliyi;
  • Kompüter bacarıqları: MS Office üzrə biliklər;
  • Planla və komandada işləmək bacarığı;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • AutoCAD proqramı üzrə biliklər.


Elanın müddəti bitmişdir