Azərbaycan Hava Yolları
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
18.08.23 - 17.09.23

İş haqqında məlumat

  • Daxili audit idarəsinin rəisinin tapşırığına əsasən audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;
  • Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • Daxili audit planının hazırlanmasında iştirak etmək;
  • Qrup rəhbəri olaraq cəlb olunduğu layihələrə rəhbərlik etmək, qrup üzvləri arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
  • Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin etmək və audit sübutlarını sənədləşdirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə üzrə minimum 4 il;
  • Kompüter bacarıqları: Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili əla, rus dili yaxşı;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Müxtəlif peşə (CİA, ACCA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.
  • Vakansiya ilə maraqlanan şəxslər https://glorri.com/azal/64dcd7bedaeb95e1fd3c2d83 linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar