Bakı,
Azərbaycan
10.08.23
-
09.09.23
İş haqqında məlumat
- Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
- Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
- Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun olaraq vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
- Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək, motivasiya etmək və kollektiv ruhunu qorumaq;
- Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə mağaza müdirini vaxtında məlumatlandırmaq;
- Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək;
- Əmək müqaviləsi;
- İş qrafiki: 5 günlük.
Tələblər
- Yaş: 20-40;
- Təhsil: Orta və ya ali;
- Təcrübə: Sahə üzrə minimum 1 il.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.
Nəqliyyat və logistika
Maşınqayırma və elektronika