ADA University

Bağban

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
23.09.24 - 23.10.24

İş haqqında məlumat

  • Müəyyən olunmuş ərazidə yaşıllaşdırma işlərinin yerinə yetirilməsi, ağaclara və digər bitkilərə vaxtlı-vaxtında qulluq edilməsi;
  • Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
  • Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsini həyata keçirmək, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsini təmin etmək;
  • Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması,əkilənlərin dibinin boşaldılması və sulanmasına nəzarət etmək;
  • Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəcləyib bərkidilməsi işlərini yerinə yetirmək;
  • Kampusun yaşıllaşdırılacaq sahələrində rəsm və eskizlər üzrə qazonların, klumb və sahələrin bədii tərtibatını aparmaq;
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Tələblər

  • Tələb olunan sahədə bilik və bacarıq;
  • Bağbanlıq üzrə minimum 1-2 il iş təcrübəsi;
  • Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq;
  • Komanda ilə işləmək bacarığı.

Elanın müddəti bitmişdir