Domino’s Pizza Azerbaijan

B2B satış üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
09.10.23 - 08.11.23

İş haqqında məlumat

  • Təyin edilmiş plana əsasən satış funksiyasının yerinə yetirilməsi;
  • Müştəri barədə informasiyaların (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplanması və müştəri bazasına qeyd edilməsi;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin həyata keçirilməsi və təqdimatların təşkili;
  • Müştərilər üçün koordinator rolunun icra edilməsi, ortaya çıxan problemlərin həll edilməsi;
  • Təkliflərin hazırlanması, izlənməsi və müştəri ilə razılaşdırılması;
  • Satışın artırılması ilə bağlı təkliflərin verilməsi;
  • Gördüyü işlər barədə hesabatların hazırlanması;
  • Korporativ nömrə və nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 10:00 - 18:00 (şənbə günü 10:00 - 14:00).

Tələblər

  • Təhsil: Ali (Satış, marketinq və digər əlaqəli sahələr üzrə);
  • Təcrübə: Korporativ satış üzrə minimum 3 il, qida sahəsində təcrübəsinin olması üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini səlis bilməli, ingilis dilini bilməsi üstünlükdür;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
  • Müştəriyönümlü xarakterə sahib olma və satış edə bilmə qabiliyyəti;
  • Mükəmməl kommunikasiya qabiliyyəti olmalı;
  • Şəxsi avtomobilin olması üstünlükdür.


Oxşar vakansiyalar