Aztelekom

B2B satış şöbəsinin müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
10.01.23 - 09.02.23

İş haqqında məlumat

  • Mənfəət və yüksək satışa nail olmaq üçün biznes planları və satış strategiyasının hazırlanması;
  • Şirkətin biznes planına uyğun olaraq illik və aylıq satış hədəflərinin müəyyən edilməsi;
  • Şirkətin ümumi biznes planları və strategiyaları üzrə məqsədlərinə nail olmaq üçün şirkət müştərilərinin tələblərini uğurla yerinə yetirmək;
  • B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək;
  • Şirkətin məlumat bazasının gələcək inkişafı üçün planların işlənib hazırlanması;
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasını idarə edilməsi;
  • Satış hədəflərini planlaşdırılması və idarə edilməsi;
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərcivəsində satış hədəflərinin icra edilməsi;
  • Müştəri məlumat bazasının yığılması və davamlı təklimlləşdirilməsi;
  • Potensial müştərilərə satış təqdimatların hazırlanması və təqdim edilməsi;
  • Həftəlik və aylıq satış fəaliyyəti haqda hesabatların rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Təhsil: Biznes, Maliyyə, Satış, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil;
  • Təcrübə: Korporativ satış sahəsində ən az 3 il (Telekommunikasiya, korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Kompüter bacarıqları: MS Office proqramlarında hesabat hazırlamaq bacarığı;
  • Dil bililəri: Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
  • Ünsiyyət bacarığı, müştərilərlə məmnunluq səviyyəsinin qorunub saxlanılması;
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Təşəbbüskar və yaradıcılıq;
  • Rəqib kompaniyalardan ve trendlərdən xəbərdar olmaq;
  • Vendorlarla işləmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Vaxtın düzgün idarə olunması bacarığı;
  • Təzyiq altında işləmə bacarığı.


Elanın müddəti bitmişdir