European Azerbaijan School

Azərbaycan dili müəllimi

Ə/h razılaşma ilə 1038
Tam iş günü
Bakı, Azərbaycan
21.01.25 - 21.02.25

İş haqqında məlumat

  • Məktəb tərəfindən müəyyən edilmiş xüsusi standartlara və məqsədlərə əsaslanaraq təlimatı planlaşdırır, çatdırır və qiymətləndirir;
  • Şagirdlərin yetkin, bacarıqlı və məsuliyyətli vətəndaş kimi inkişafına kömək edəcək bilik və bacarıqları mənimsəmələrinə kömək edir;
  • CV-lər namizədin iş təcrübəsi və tələblərə uyğunluğu əsasında seçiləcək. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən keçmiş namizədlərdən müasir tədris/təlim metodları və texnologiyaları üzrə bacarıqlarını göstərmək üçün nümunəvi dərs təqdim etmələri xahiş olunacaq.

Tələblər

  • Ali təhsil üzrə diplom; 
  • Bu sahədə ən az iki il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Ən az B2 İngilis dili biliyi;
  • IB PYP proqramı üzrə anlayış və təcrübə;
  • Dərslərin İbtidai məktəbdə tədris edilən kurrikulum və proqramlara uyğun təşkili;
  • Şagirdlərin öyrənməsinə dəstək üçün lazımi proqramların tərtibi və tədrisi;  
  • Komandada işləmək bacarığı;
  • İşə vaxtında gəlmək, punktual olmaq, dərs cədvəlinə əməl etmək və yaxşı təşkilatçılıq bacarığına sahib olmaq;
  • Şagirdlər, valideynlər və məktəb heyəti tərəfindən yönləndirilmiş sorğuları vaxtında cavablandırmaq;
  • Kompyuter proqramlarında işləmək bacarığına sahib olmaq.