Siyəzən,
Azərbaycan
31.07.24
-
30.08.24
İş haqqında məlumat
- Avtomobillərin mürəkkəb və məsul aqreqat, qovşaq və cihazlarının stend üzərində və şassidə texniki xidmət zamanı nizamlamaq və sınaqdan keçirmək;
- Yoxlayıcı aparaturada və yoxlayıcı ləvazimatlarla elektrik avadanlığının detal və qovşaqları yoxlamaq;
- Elektrik avadanlığı cihaz və aqreqatlarının sxem üzrə qurulması və şəbəkəyə qoşmaq;
- Təmir, yığma və sınaq prosesində avtomobil aqreqat və qovşaqlarında və elektrik avadanlığı cihazlarında mürəkkəb qüsurların və nasazlıqların aşkar və ləğv etmək;
- Detalların mürəkkəb və məsul çilingər emalı, 6-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə tamamlamaq;
- Ən mürəkkəb konfiqurasiyalı detal və qovşaqların statik və dinamik tarazlaşdırmaq;
- Yük və minik avtomobillərində və avtobuslarda hərəkətin təhlükəsizliyini təmin edən sistem və aqreqatların diaqnostikası və nizamlanmaq.
Tələblər
- Avtomobillərin quruluşu haqqında əsas məlumatları;
- Sadə qovşaqların yığılma qaydasını; elektrik naqillərin ayrılması, birləşdirilməsi, izolyasiya edilməsi və lehimlənməsi üsullarını;
- Elektrotexnika və izolyasiya materiallarının əsas növlərini, onların xassələrini və təyinatını; bərkidici işlərin yerinə yetirmə üsullarını, birinci və ikinci texniki xidmətin həcmlərini;
- Ən geniş yayılmış universal və xüsusi ləvazimatların və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin təyinatını və tətbiq qaydalarını;
- Emal edilən materialların əsas mexaniki xassələrini; soyuducu və tormoz mayelərin, yağın və yanacağın təyinatını və işlədilməsini;
- Pnevmatik və elektrik alətin tətbiqi qaydalarını;
- Gördüyü işin həcmində elektrotexnika və metalların texnologiyası üzrə əsas məlumatlarını;
- Orta mürəkkəbli qovşaq, aqreqat və cihazların quruluşunu və təyinatını;
- Avtomobillərin və motosikletlərin yığılma, detal, qovşaq, aqreqat və cihazların təmir qaydalarını;
- Detalların istiliklə emalınm təyinatını;
- Universal və xüsusi ləvazimatın və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin quruluşunu;
- Müsaidə və oturmaları, kvalitetləri (dəqiqlik dərəcələri) və nahamarlıq parametrlərini (təmiz emal dərəcələrini);
- Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_posting_apply?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEVEQjg1RkJEQzAyMUVERjkzRTY0MkFBOTRBQUMwNDMmY2FuZF90eXBlPUVYVA%3d%3d&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-WD-CONFIGID=ZHCM_WDC_ERC_UNREG_DEF# linkinə keçid edərək müraciət edə bilər.
Xidmət
Neft və qaz
Elanın müddəti bitmişdir