Performance Center Co

Avtomobil təmiri üzrə çilingər

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
08.05.24 - 07.06.24

İş haqqında məlumat

  • Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək;
  • Aşkarlanan mexaniki nasazlıqları servisin Baş Mexaniki ilə təsdiqlədikdən  sonra Servis Məsləhətçisinə bildirmək;
  • Avtomobildəki nasazlıqları istehsalçının texniki təmir tələbinə  uyğun aradan qaldırmaq;
  • Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq;
  • Təhkim olunmuş alət və avadanlıqlara məsul olmaq;
  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək, təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına, istehsalat sanitariyası qayda və normalarına riayət etmək;
  • Şirkət tərəfindən təşkil olunan ixtisası artırma yönümlü təlimlərində iştirak etmək;
  • Baş mexanikin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək.

Tələblər

  • Yaş: 25-45;
  • Təhsil: Orta və ya ali;
  • Təcrübə: Avtomobil təmiri üzrə çilingər kimi ən azı 3 il iş təcrübəsi;
  • Nəqliyyat vasitələrinin mexaniki təmiri üzrə iş təcrübəsi;
  • Nizam-intizamlı;
  • Mühərrik işlərində səriştəsi olan ustalara üstünlük veriləcək.