SOCAR

Avtomobil sürücüsü

Ə/h razılaşma ilə 190
Tam iş günü
Göygöl, Azərbaycan
26.08.24 - 25.09.24

İş haqqında məlumat

• Yükqaldırma qabiliyyəti 3 tona qədər, bütün tip və markalardan olan yük avtomobillərini idarə etmək;
• Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurmaq;
• Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan qabaq qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil vermək və ona ayrılmış yerə qoymaq;
• Xidmət edilən avtomobilin işi zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığı düzəltmək;
• İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərini yerinə yetirmək;
• Avtomobilləri yükləmə zamanı yük altına vermək, yüklərin yüklənibboşaldılmasına, yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət etmək, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq;
• Yol sənədlərini rəsmiləşdirmək.

Tələblər

• Xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini,onların aşkar edilib düzəldilməsi üsullarını;
• Texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafızə qaydalarını, akkumulyator batareyalarının və avtoşinlərin istismar qaydasını;
• Təzə və əsaslı təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını;
• Avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısınm alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu, sərnişinlərin minməsi və düşməsi üçün dayanacağa yanalma qaydasını və bu qaydanın yerinə yetirilməsinə nəzarətini;
• Yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin təcili surətdə boşaldılması qaydasını, avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını;
• Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununu;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.



Oxşar vakansiyalar