AAC MMC

Avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssis

900 - 1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
11.03.24 - 10.04.24

İş haqqında məlumat

  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Mürəkkəb elektron sxemli avtomatika  bloklarının yoxlanılmasını və tənzimlənməsini işlərinin icra olunması;
  • Ölçmə və tənzimləmə,  siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmətin işlərinin yerinə yetirilməsi;
  • Avtomatika və elektronika sistemi ilә bağlı olan  nasazlıqların aradan qaldırılması görülən işlərlə bağlı sənədləşmə işlərinin aparılmasını təmin edir;
  • Avtomatika ilә bağlı baş vermiş xәtaları tәsbit edir, xәtalarının sәbәblәrini araşdırır, tәdbirlәr hәyata keçirir;
  • Kompüterləşdirilmiş texniki istismar sisteminə nəzarət edilməsi işini icra edir;
  • Gündəlik göstərişləri, tapşırıqları, növbə rəisinin raportu jurnalında göstərilmiş nöqsanları aradan qaldırılmasını təmin edir;
  • Görülәn işlәr vә sәrf olunan materiallar haqqında bir başa rəhbərinə hesabatları  təqdim edir;
  • Texnoloji qurğunu istismara tam yararlı olan cihazlarla təmin edir;
  • Avadanlıqların aylıq planlı-xəbərdaredici təmir işinin aparılmasında iştirak edir;
  • Avtomatika sisteminə aid  avadanlıqlarının illik ,aylıq ,günlük  carı və əsaslı təmir qrafikini  nəzərdə tutulan işləri  yerinə yetirir;
  • Qazanxana və su təmizləmə sisteminin təhlükəsiz istismarının təmin olunması və gündəlik nəzarətdə saxlanılmasını təmin edir;
  • İş prosesində əməyin mühafizəsi və təhlükəszizlik texnikası qaydalarının tələblərinə əməl edir;
  • İş yerlərinin təmiz saxlanılması, alət və avadanlıqlardan  düzgün istifadə olunmasına riayət etmək.

Tələblər

  • Təhsil: Ali texniki;
  • Təcrübə: Aidiyyatı sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Kompüter bacarıqları: Olmalıdır;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Analitik düşünmə qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar