Matanat A

Auditor

Ə/h razılaşma ilə 115
Tam iş günü
Bakı, Azərbaycan
19.01.24 - 18.02.24

İş haqqında məlumat

  • Təsdiq olunmuş İllik Audit Planına və rəhbərin göstərişlərinə uyğun olaraq təyin edilmiş audit layihələrində, monitorinq və təqib auditlərdə və xüsusi auditlərdə iştirak etmək;
  • Audit layihəsi çərçivəsində müəyyən edilmiş audit prosedurlarını həyata keçirmək (biznes proseslərinin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə edilmiş məlumatları təhlil etmək və s.) və aşkar edilmiş çatışmazlıqlar barədə layihə rəhbərinə məlumat vermək;
  • Audit layihəsi çərçivəsində həyata keçirilən risklərin idarə edilməsi, monitorinq və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
  • Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkət rəhbərliyi tərəfindən razılaşdırılmış audit tövsiyyələrin icrasına nəzarət edilməsi;
  • Audit layihəsi üzrə iş proqramının hazırlanmasına rəhbərliyə köməklik göstərmək;
  • Audit hesabatının hazırlanmasında rəhbərə dəstək olmaq;
  • Auditin həcmi və vaxtı haqqında hesabatın hazırlanmasına köməklik göstərmək;
  • Layihə rəhbəri və Daxili Audit Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə verilir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Falez Plaza.

Tələblər

  • Təhsil: Ali iqtisadi və ya hüquq təhsili;
  • Təcrübə: 3 ildən artıq ümumi iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
  • Dil bilikləri: İşgüzar Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
  • İstehsal sektorununda iş təcrübəsi üstünlükdür;
  • CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) üstünlükdür;
  • İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
  • Audit prosedurlarının yerinə yetirilməsi üçün müvafiq sektor və biznes prosesləri haqqında biliklər;
  • Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
  • Ünsiyyət bacarıqları;
  • Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
  • Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə biliklər;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər üstünlükdür;
  • Ağlabatan müstəqil mühakimə;
  • Cavabdehlik;
  • Effektiv risk və nəzarət qiymətləndirməsini həyata keçirmək;
  • Auditləri vaxtında başa çatdırmaq və hesabatları birbaşa rəhbərinə təqdim etmək;
  • Audit nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq;
  • İşgüzar səfərlər həyata keçirtmək;
  • Biznesin bütün müvafiq daxili tələblərə, sənaye qaydalarına və hökumət qanunvericiliyinə uyğun olmasını təmin etmək.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar