AzInTelecom MMC

Audit şöbəsinin auditoru

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.04.24 - 17.05.24

İş haqqında məlumat

  • İllik Daxili Audit planına uyğun və plandankənar audit layihələrinin planlaşdırılması və icrası;
  • Daxili Audit layihələri çərçivəsində qiymətləndirilən əməliyyat və proseslərin qanunvericiliyə və normativ sənədlərə uyğunluğunun müəyyən edilməsi;
  • Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanması;
  • İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərini qiymətləndirmək və səmərəliliyinin artırılması məqsədilə tövsiyə verilməsi;
  • Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrası prosesinin təqib edilməsi;
  • Vəzifə və funksiyaların Daxili Audit haqqında Azərbaycan Respublikasının Qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili Audit üzrə Peşəkar Təcrübənin Beynəlxalq Əsasları (Daxili Audit Standartları, Daxili Audit üzrə Peşəkar Təcrübənin Əsas Prinsipləri, Etika Məcəlləsi) əsasən icra edilməsi.

Tələblər

  • Təhsil: İqtisad, Hüquq, İnformasiya Texnologiyaları və ya Kompüter elmləri ixtisasları üzrə ali təhsil;
  • Təcrübə: Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmək bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
  • İdarəetmə, risklərin idarə edilməsi, daxili nəzarət və maliyyə üzrə baza biliklərinin olması;
  • Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
  • Təşkilat daxili bütün səviyyələrdə effektiv ünsiyyət qurma qabiliyyəti (həm yazılı, həm də şifahi);
  • Vətəndaş qüsursuzluğu;
  • Daxili Audit, Maliyyə, Risklərin idarə edilməsi və İnformasiya Texnologiyaları sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür.