Bakı,
Azərbaycan
26.06.24
-
26.07.24
İş haqqında məlumat
- Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
- Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
- İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
- Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
- Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
- Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
- Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
- Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
- Vəzifə üzrə əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir;
- İş qrafiki: 6 günlük;
- İş saatı: Tam iş günü;
- İş yeri: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu).
Tələblər
- Yaş: 30-45;
- Təhsil: Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 5 il iş stajı;
- Kompüter bacarıqları: Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır);
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə peşəkar səviyyədə biliklər.
Auditor
Qida
Elanın müddəti bitmişdir