Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.05.23 - 16.06.23

İş haqqında məlumat

  • Audit planında nəzərdə tutulmuş əməliyyat və maliyyə auditlərinə rəhbərlik etmək, eyni zamanda 2 və daha artıq layihənin idarə edilməsi;
  • Biznes proseslər üzrə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin risklərin aradan qaldırılması üçün tətbiq olunmuş kontrol mexanizmlərinin effektivliyinin və səmərəliliyinin qiymətləndirilməsi üçün audit metodologiyasının müəyyən edilməsi;
  • Audit yoxlamaları üçün əhatə dairəsinin və audit planının müəyyən edilməsi;
  • Müəyyən edilmiş audit planına uyğun olaraq audit metodologiyalarının seçilməsi və yoxlama istiqamətlərinin müəyyənləşdirilməsi;
  • Layihə ərzində audit komandası üzvlərinin işinin yoxlanılması və problemli məsələlər üzrə istiqamət verilməsi;
  • Audit işinin təyin olunmuş vaxt çərçivəsində yekunlaşmasına nəzarət edilməsi;
  • Audit hesabatlarının hazırlanması, birbaşa rəhbərə və audit olunan şirkət rəhbərliyinə təqdimatı;
  • Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi;
  • Audit nəticələrinin audit olunmuş obyektlər və subyektlər tərəfindən icrasının təqibi üçün monitorinqlərin həyata keçirilməsi;
  • Komanda üzvlərinin bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi.

Tələblər

  • Təhsil: Ali (mühasibatlıq və maliyyə üzrə bakalavr və ya magistr);
  • Təcrübə: Audit sahəsi üzrə minimum 4 il (Big4 şirkətlərində təcrübə arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (ingilis və rus dilləri üzrə müvafiq biliklər arzuolunandır);
  • Ünsiyyət, vaxtın idarə edilməsi və təşkilati bacarıqlar;
  • İFRS və beynəlxalq audit standardları üzrə biliklər;
  • ACCA, CİA üzrə sertifikatlar.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar