Bakı,
Azərbaycan
30.07.24
-
29.08.24
İş haqqında məlumat
- Aqronom Əkinçilik xidməti üzrə menecerə heabat verir;
- Torpağın əkin üçün hazırlanması işlərinin icrasına həyata keçirir;
- Səpinin optimal müddətdə keyfiyyətlə aparılmasını təmin edir;
- Təhkim olunan ərazilərin növbəli əkin planını tərtib edib xidmət rəhbərinə təqdim edir;
- Tərtib olunan əkin planı üçün tələb olunan normativləri tərtib edib xidmət rəhbərinə təqdim edir;
- Bitkilərin vegetasiya dövründə tələb olunan aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir;
- Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları yayılmış sahələrin yerlərini, onların yayılma dərəcələrini müəyyənləşdirir və xidmət rəhbərinin göstərişi ilə mübarizə tədbirlərini həyata keçirir;
- Pestisidlərdən səmərəli istifadəni, saxlanmasını və daşınmasına nəzarət edir;
- Ərazilərin suvarılmasını və nəzarət işini təşkil edir;
- Kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunmasını təmin edir;
- Yerinə yetirilən işlərin vaxtında və keyfiyyətli görülməsini təmin edir və xidmət rəhbərinə gündəlik hesabat verir;
- Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak edir;
- Biçin prosesi və keyfiyyətli məhsul yığımını təmin edir;
- Tabeçiliyində olan işçi heyətinin performans göstəricilərinin yüksəldilməsinə məsuldur, işçi heyətini idarə edir;
- 6 günlük iş həftəsi.
Tələblər
- Təhsil: Kənd təsərrüfatı sahəsi üzrə ali təhsil;
- İş təcrübəsi: 2 il;
- Kompüter biliyi, MS Office (Excel, Word, Outlook);
- Aqrotexniki tədbirlərin görülməsi, istehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq.
Digər
Kənd təsərrüfatı
Elanın müddəti bitmişdir