Daşkəsən,
Azərbaycan
07.09.23
-
07.10.23
İş haqqında məlumat
- Daxili nəzarət alətlərindən tətbiq etməklə xəmiyyətin çovdar filiz emal sahəsində olan daxili nəzarət sisteminin mövcud vəziyyətini təhlil etmək, icraya nəzarət tədbirlərinin, daxili nəzarət sisteminin qiymətləndirməsinin və xidməti araşdırmaların aparılmasında iştirak etmək, müvafiq məlumatların emalı və təhlilini həyata keçirmək, bu istiqamətdə təklifləri hazırlayaraq şöbə müdirinə təqdim etmək;
- Çovdar filiz emal sahəsində güclü daxili nəzarəti sisteminin təmin edilməsinə nəzarət etmək və bununla bağlı şöbə müdirinə müvafiq məlumatları və hesabatları vaxtında təqdim etmək, o cümlədən şöbə müdirinin tapşırıqlarını icra etmək;
- Çovdar filiz emal sahəsində şöbənin fəaliyyətinə dair mütəmadi hesabatları hazırlamaq;
- Çovdar filiz emal sahəsində korrupsiya, dələduzluq və ya mənimsəmə xarakterli hallarını, habelə sistem səhvlərinin araşdırılmasında və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək, o cümlədən şöbə müdirinə vaxtında və tam məlumat təqdim etmək;
- Daxili nəzarət mexanizmlərinin faktiki icrasının qiymətləndirilməsi üzrə şöbə müdirinin tapşırıqlarını icra etmək;
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyələşdirilməsinə və korrupsiyaya qarşı adekvat mübarizə üzrə effektiv tənzimləməni əhatə edən daxili nəzarət sisteminin formalaşdırılması, bu sistemin mütəmadi olaraq təkmilləşdirilməsi və nəzarət prosedurlarının səmərəliliyinin qiymətləndirilməsi prosesində şöbə müdirinin tapşırıqlarını yerinə yetirmək;
- Cəmiyyətin çovdar filiz emal sahəsinin fəaliyyətini əhatə edən müxtəlif funksiya və prosesləri, bu funksiya və proseslərin gedişatı haqqında hazırlanmış hesabatları və bu tipli digər sənədlərin düzgünlüyünün və etibarlılığının yoxlanılması prosesində şöbə müdirinin tapşırıqlarını icra etmək;
- İş qrafiki: 15 günlük;
- İş saatı: 12 saatdan çox olmamaqla, iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə tənzimlənir.
Tələblər
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə, hüquq, idarəetmə və ya mühəndislik yönümlü ixtisaslar üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 2 il;
- Dil bilikləri: Azərbaycan dili səlis;
- Kompüter bacarıqları: Microsoft Office (digər audit və statistik proqramlar arzuolunandır);
- Təşkilatın biznes modelini anlamaq, ağır sənaye və dağ-mədən sektoru üzrə məlumatlı olmaq;
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/vakansiya/dizayner-ictimaiyyetle-elaqeler-ve-marketinq-sobesi-metbuatla-is-sektoru linkinə keçid edərək müraciət edə bilər.
İnzibati, Biznes, İdarəetmə
Mühəndislik