Bakı,
Azərbaycan
23.04.24
-
23.05.24
İş haqqında məlumat
- Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını, tender
prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender Komissiyasına məlumat vermək; - Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender Komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
- Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
- Satınalma prosedurlarının nəticəsində bağlanmış müqavilələr üzrə icrasına aidiyyəti sifarişçi şöbələr tərəfindən nəzarət olunan mal, iş və ya xidmətlərin təhvil verilmə prosesinə dəstək olmaq;
- Şöbənin sifarişçisi olduğu proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
- Gələn, alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlanılmasına nəzarət etmək, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirməsi üçün zəruri
addımlar atmaq; - Əmək haqqı müsahibə əsnasında təyin olunur;
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
- Nəqliyyat xidməti;
- Rəqabətli mükafatlandırma sistemi;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;
- Kompüter bacarıqları: MS Office və SAP proqramları üzrə işləmə bacarığı;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
- Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli;
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/daxil-ol linkinə keçid edərək müraciət edə bilər.
İnzibati, Biznes, İdarəetmə
Peşəkar xidmətlər